Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib.
Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.
L.Ə.