Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda bir sıra küçələrdə işıqforların işində problem yaranıb
Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən işıqforların işində problemlər yaranır.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
NİİM-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, qurumun əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var? - 21.04.2025
- Paytaxtın ən böyük prospektlərindən birində sıxlığa səbəb olan təmir işləri nə zaman bitəcək?
- Bakının hansı küçələrində sıxlıq var? - 18.04.2025
- Bakının hansı küçələrində sıxlıq var? - 17.04.2025
- "Bağırov" tunelində yaranan problem aradan qaldırıldı - Hər iki istiqamətdə yol açıldı