Bakıda bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Qəza zamanı yük maşını ilə iki minik avtomobili toqquşub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, sözügedən ərazidə sıxlıq yaranıb:
"Paytaxtın Xəzər rayonu, Mərdəkan şosesində baş verən hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür".