Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda həyat qurtarmaq üçün inşa olunan qurğu təhlükə mənbəyinə çevrilib - ŞİKAYƏT
Bakının Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən binalardan birinin sakinləri həyətlərində uzun illərdir istifadəsiz qalan yanğınsöndürmə rezervuarının yaratdığı problemdən çıxış yolu axtarırlar.
Bu barədə sakinlər Oxu.Az-a şikayət ünvanlayıblar.
Qeyd olunub ki, həyətdə uzun illər əvvəl tikilən və 1969-cu ildən bu yana istifadə olunmayan yanğınsöndürmə rezervuarı uşaqlar üçün təhlükə mənbəyinə çevrilib.
"Həmin rezervuar uzun illərdir, istifadəyə yararsızdır. Böyük bir ərazini zəbt edib, hər tərəfi dağılıb-tökülüb. Həyətdə oynayan uşaqlar üçün ciddi təhlükə yaradır. Aidiyyəti qurumlara onun həyətdən götürülməsi ilə bağlı müraciət etsək də, heç bir nəticə yoxdur. Gərək hansısa bədbəxt hadisə baş versin ki, gəlib onu ərazidən götürsünlər?" - deyə şikayətdə yazılır.
Şikayətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, məsələdən xəbərdardırlar.
"Sakinlər tərəfindən bizə də müraciət olub. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Həmin balanssaxlayıcılarla bağlı əlaqədar qurumlara məlumat vermişik ki, istismara yararsız olan obyektlər, yəni su çənləri, su hovuzları barəsində qəbul edəcəkləri qərarla bağlı bizə məlumat versinlər.
Həyətin abadlaşdırılması məsələsi ilə bağlı isə deyə bilərik ki, Xətai rayonu ərazisində çox böyük layihələr həyata keçirilir.
Əsas layihələrdən biri də abad həyətlərdir. "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən abad həyətlər çərçivəsində ardıcıl olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən birgə tədbirlər həyata keçirilir.
Sözügedən ərazilərə də baxış keçirilib, yaxın zamanlarda bu ərazilərin də tam şəkildə təmir edilməsi və problemin aradan qaldırılması təmin ediləcək", - deyə açıqlamada bildirilir.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda xəncərli hücuma məruz qalan mühafizəçi: "Məni balkondan atmaq istədilər"
- Binəqədi Tibb Mərkəzində xəstələrə qarşı laqeydlik: Yağışlı havada içəri buraxılmadılar
- Bakıda işıqforların elektrik xəttinə qanunsuz müdaxilələr edilir - XƏBƏRDARLIQ
- Sumqayıt sakinlərindən ŞİKAYƏT: "Yollarımız bərbad vəziyyətdədir"
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
Rəylər