Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.
Bu barədə Oxu.Az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilir ki, S.Orucova iyunun 5-də özünü yaşadığı evin hamam otağında asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
10:16
Bakıda 42 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə S.Orucovanın dostları paylaşım ediblər.
Yazılanlara görə, 1977-ci il təvəllüdlü Sevinc Orucova evində dəm qazından boğulub.
Məlumat üçün bildirək ki, xeyriyyə aksiyalarının fəal iştirakçısı olan Sevinc Orucova ailəli və iki uşaq anası idi.
Könül Cəfərli