Bakıda intihar etmək istəyən şəxs xilas olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxs 1985-ci il təvəllüdlü Ədilov Ceyhun Əbülfət oğludur.
O, FHN əməkdaşları tərəfindən xilas edilib.
C. Ədilovun bildirdiyinə görə, intihar etmək istəməsinə səbəb sevdiyin qızın ondan ayrılmaq istəməsi olub.
18:34
Bakıda gənc oğlan intihara cəhd edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Bəşir Səfəroğlu küçəsi-91 ünvanında qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan hündür mərtəbəli binanın eyvanından özünü atmaq istəyir. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.