Bakıda itkin düşmüş Həsənova Könül Sovet qızının şənbə günü Suraxanı rayon Qaraçuxur qəsəbəsində tapıldığı məlum olub.
Oxu.Az Vesti.Az-a istinadən verir ki, o, burada kirayələdiyi mənzildə valideynlərindən gizlənirmiş.
Qadını mənzil sahibinin müraciəti əsasında tapmaq mümkün olub. O, Suraxanının 32-ci polis bölməsinə müraciət edərək, evində qalan qadının kompyuter oğurladığını bildirib.
Dindirmə zamanı Həsənova valideynlərini sevmədiyini, evə qayıtmaq istəmədiyini bildirib.
Həsənovanın barəsində AR CM-in 177.1 maddəsi üzrə cinayət işi başlanılıb.
11:55
Səbail rayon Polis İdarəsinin əməkdaşları Badamdar qəsəbəsinin sakini, məcburi köçkün, 33 yaşlı Həsənova Könül Sovet qızını axtarırlar.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinə, Həsənovanın A.Abbaszadə küçəsi, ev 21-də valideynləri ilə bərabər yaşadığı xəbəri verilib.
Keçən ilin sonunda Həsənova zinət əşyalarını, pul və sənədləri götürüb gedib. O gündən bəri valideynləri onun haqqında heç bir məlumat almayıblar. Həsənovanı itkin düşmüş elan ediblər.
Rayon polis bölməsinə Həsənova haqqında bir neçə məlumat gəlib. Bu məlumatlarda onun Bakı ərazisində göründüyü deyilir, amma onun hal-hazırda harda olduğu məlum deyil.
Ona görə də 9-cu polis bölməsi Həsənova haqqında hər hansı bir məlumatı olanlardan (+012) 492 02 02, (+012) 437 02 02, (+012) 493 02 02 nömrələrinə zəng etməyi xahiş edir.
Qeyd edək ki, Həsənovanın boyu 160 sm-dir, dolu bədən quruluşuna malikdir.
