Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabrın 26-sı axşam, 27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Rəylər