Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Abbas Mirzəliyevin idarə etdiyi “Nissan” markalı minik avtomobili divara çırpılıb.
Nəticədə sürücünün anası Balaxanım Mirzəliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü və onun övladları: 12 yaşlı oğlu Nəcəf və 13 yaşlı qızı Bəyim xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.