Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıdakı binaların köhnə LİFT PROBLEMİ
Çoxmərtəbəli binalardakı köhnə liftlər insan həyatı üçün təhlükə riski daşıyır. Araşdırmalar göstərir ki, Bakıdakı bəzi binalarda köhnə liftlərin istismar müddəti başa çatsa da, onlar hələ də sakinlərə xidmət göstərməyə davam edir.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, son 3 il ərzində dövlət vəsaiti hesabına paytaxtdakı çoxmərtəbəli binalarda quraşdırılması üçün 1206 ədəd Almaniya istehsalı olan liftlər gətirilib:
"Həmin liftlər istismar müddəti bitmiş liftlərlə dəyişdirilib. Gözlənilir ki, dövlət tərəfindən vəsait ayrılacaq və növbəti dəfə yeni liftlər alınacaq. İstismar müddəti bitmiş liftlər mövcud qrafik əsasında mərhələli şəkildə dəyişdiriləcək".
Qeyd edilib ki, təzə liftlər ancaq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan binalarda quraşdırılacaq:
"Kooperativ, MTK və özəl binaların liftlərinə Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən xidmət göstərilmir, yalnız Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan liftlər dəyişdiriləcək".
Dəyişdirilməsi gözlənilən liftlərin sayına aydınlıq gətirilməyib.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakıda xüsusi təyinatlı texnikalar işə düşdü: Yüzlərlə işçi qüvvəsi CƏLB EDİLDİ
- "Azercell" səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Bakıda piyadaların rahat hərəkəti üçün xüsusi proqram hazırlanır
- Bakıda iki böyük park istifadəyə veriləcək