Bakıda ölkənin regionlarından olan, tikinti şirkətlərində işləyən və Bakıda qeydiyyata düşmüş insanlar var.
Oxu.Az xəbər verir ki, bunu Exo-ya “Vətəndaş cəmiyyətinin inkişafına yardım” QHT-nin eksperti Vüqar Tofiqli deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, regionlarda yaşayan insanlar müxtəlif səbəblərdən paytaxta gəlir və burada qeydiyyata düşürlər. Bu xüsusilə də regionlardakı sosial-iqtisadi vəziyyətlə bağlıdır.
Bununla yanaşı, V.Tofiqli tezliklə regionlardan miqrasiyanın başa çatacağına ümid ifadə edib. Axı regionların sosial-iqtisadi inkişafına böyük pullar ayrılır. Beləliklə, insanlar iş axtarmaq üçün paytaxta gəlməli olmayacaqlar.
Bundan başqa, o, paytaxtdakı məktəblərin şagirdlərinin regionlarda qeydiyyata düşməsi hallarını da qeyd edib. Bu, məktəb şagirdinin repetitorlarla məşğul olması və dərsə getməməsi üçün edilir.
V.Tofiqli həmçinin qeyd edib ki, bəzən əsgərliyə getməli olan gənclər qeydiyyat yerini Bakıdan rayonlara dəyişir. Bu, əsgərliyə çağırış zamanı Bakıda hərbi xidmətə yollanmaq üçün edilir.
Öz növbəsində hüquqşünas Elçin Qəmbərov Exo ilə söhbətdə qeyd edib ki, paytaxt sakinlərinin regionlarda qeydiyyata düşməsi təcrübəsi çoxdan var. O, hələ sovetlər dönəmində qızıl medal almaq üçün 11-ci sinif şagirdlərinin regionlara yola düşməsi və orada məktəbi bitirməsi hallarını xatırladıb.
E.Qəmbərov qeyd edib ki, miqrasiya müxtəlif səbəblərdən böyük miqyas alıb. Və sirr deyil ki, miqrantların çoxu Bakıda qeyri-qanuni əsaslarla yaşayır, çoxlarının isə heç qeydiyyatı da yoxdur.
Lakin hüquqşünasın sözlərinə görə, bizim ölkədə sərbəst hərəkət mövcuddur və bu, qanunla cəzalandırılmır.