Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının bəzi yolları beş gün bağlı olacaq
Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-nə qədər nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) qismən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.
Məlumata görə, Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.
Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
"Bağlı yollar" teqi üzrə xəbərlər
- Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı
- "Formula-1" zamanı hansı yollar açıq olacaq?
- DİQQƏT: Paytaxtın bir küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- Bakının daha bir küçəsində təmir işləri aparılacaq
- Sürücülərin DİQQƏTİNƏ: Lökbatan dairəsində nəqliyyatın hərəkəti çətinləşib
Rəylər