Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakının hansı küçələrində sıxlıq var? - 28.02.2025
Bakının bir sıra yollarında hazırda nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
6. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.