“Baş verən hadisədə hər hansı xəsarət və ya ölüm faktı qeydə alınmayıb.”
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Qeyd olunub ki, yanan avtomobil artıq ərazidən götürülüb.
12:54
Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.
Əzizə İsmayılova