Bu gün Bakının Xətai rayonunun elektrik enerjisi ilə təchizatında problem yaranıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, rayonun bir çox hissəsinə enerjinin verilməsi dayandırılıb.
“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən “Əhmədli” yarımstansiyasında cüzi qəza yaranıb: “Bu səbəbdən də rayonun bəzi hissəsi işıqsız qalıb”.
Qurumdan bildiriblər ki, elektrik enerjisinin verilişi təxminən 40-50 dəqiqəyə tam bərpa olunacaq.