Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Baş nazirdən məktəbəqədər təhsillə bağlı vacib - QƏRAR
Nazirlər Kabineti “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”, həmçinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qərarlarda dəyişikliklər edib.
Oxu.Az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə əsasən, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. Həmçinin, sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaqlar.
Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb olunur.
Həmçinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində dəyişikliklər edilib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər