Bərdədə üç kəndin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12