İyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Qaynar xətt:
(055) 224 12 12