Paytaxtda açıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə baş vermiş yanğın qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11:56
Paytaxtın Binəqədi rayonunda açıq ərazi yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.