Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BMU tələbəsinin qəfil ölüm səbəbi bilindi - YENİLƏNİB
Bakı Mühəndislik Universitetinin (BMU) birinci kurs tələbəsinin qəfil ölüm səbəbi bilinib.
“Qafqazinfo”nun məlumatına görə, 18 yaşlı Aydan Umarova son bir ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.
O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
12:00
Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.
"Bakı Mühəndislik Universiteti (BMU)" teqi üzrə xəbərlər
- Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqənin finalına vəsiqə qazandılar
- "Araz" supermarketlər şəbəkəsi əmək bazarına uyğun kadr hazırlanmasında fəal iştirak edir
- Universitetlərin nöqsanlarını göstərən “güzgü” - “Kaspi”nin TƏHLİLİ + FOTO
- BMU-da yeni prorektor təyinatı
- Universitetlərin akkreditasiyası davam edir: Keçməyənlərin aqibəti necə olacaq?
Rəylər