Bu gün Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının – CCBE-nin sədr müavini Ranko Poliçariç Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, qonaq Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavinləri Aydın Axundov və Pərviz Ələkbərov tərəfindən qarşılanıb.
Qonağa Azərbaycan vəkillərinin etik davranış qaydaları haqqında əsasnamənin hazırlanması zamanı CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinin əsasnaməyə inkorporasiya edilməsi barədə məlumat verilib, gələcəkdə ölkəmizin CCBE-yə üzvlük perspektivləri müzakirə olunub, digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, qonağa son dövrlər Kollegiya tərəfindən vəkillik sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilib.
Sonda qonaqla xatirə fotosu çəkdirilib.