Cəlilabad rayonunda baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Cəlilabad rayonu ərazisində 26.04.2026-cı il tarixində saat 17:00-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəsyəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 2002-ci il təvəllüdlü şəxslərdən birinin müalicəsi Təcili tibbi yardım şöbəsində, digərinin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Digər 2 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Şükufə Süleymanlı
Cəlilabadda baş verən qəzada yaralanan şəxslərin adları məlum olub.
Oxu.Az xəbər verir ki, qəza zamanı yaralananlar - 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1999-cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov olublar.
Şükufə Süleymanlı
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Zopun kəndi ərazisində baş verib.
Qəza zamanı "Lada" və VAZ-2106 toqquşub.
Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
Şükufə Süleymanlı
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub.
Faktla bağlı araşdırma aparılır.