Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

COP iştirakçıları üçün ictimai nəqliyyatdan istifadə nə zaman PULSUZ olacaq?
COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər 9-24 noyabr tarixlərində dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcəklər.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.
"Fast Track" sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Buraya Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir",- deyə məlumatda bildirilir.
"Noyabr ayının 9-dan ictimai nəqliyyat COP29 iştirakçıları üçün pulsuz olacaq".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, COP29 tədbirində iştirak hüququ olan şəxslər noyabr ayının 24-ə kimi ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.
"Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov isə bu gün jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
Əzizə İsmayılova
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"