Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat Hacıbala Abutalıbovun villalarının şəkillərini paylaşdı - FOTO
“Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüb kimi göstərən bu şəxsin illərlə bağlı qalan ikicə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində yerləşir. Görün nə qədər ərazini zəbt edib”.
Bunu deputat Etibar Əliyev sosial şəbəkə hesabında bildirib.
“Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə balaları qarlı-yağışlı günlərdə başqa ərazilərdəki bağçalara və internatlara aparırlar. Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər”, - E.Əliyev qeyd edib.
Deputat paylaşımına həmin villaların fotolarını da paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib
Rəylər