Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə xarici dil fənni üzrə dinləmə mərhələsində yaranan narazılıqlara aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə danışan mərkəz sədri bildirib ki, bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər:
"Lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur.
Bəzən dinləmə aparatı ilə bağlı problem olduğu deyilir. Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür".