Professor Adil Qeybulla bildirib ki, COVID-19-dan əvvəl alimlərin qarşıda yeni qrip pandemiyasının olacağı ilə bağlı elmi proqnozları var idi. Ekspertin sözlərinə görə, RNT daşıyıcısı olan qrip virusu hər il mutasiyaya uğrayaraq yeni ştamla peyda olur və nə vaxtsa onun "İspan qripi" kimi pandemiya törədəcək bir variantının ortaya çıxacağı mütləqdir:
"Pandemiya yoluxuculuq potensialı preventiv tədbirləri üstələdikdə baş verir. Hər il dünyada qripdən bir milyona yaxın insan vəfat edir ki, bu da koronavirusdan ölənlərin sayına yaxın ciddi rəqəmdir".
A.Qeybulla Baku TV-yə danışarkən vurğulayıb ki, COVID-19-da infeksiya zəncirini məhz vaksinasiya nəticəsində qırmaq mümkün olub. O, gələcək pandemiyalara hazır olmaq üçün COVID-19 dərslərindən nəticə çıxarmağın vacibliyini qeyd edib.