"WUF13-də məqsədimiz problemlərə bütün səviyyələrdə siyasi və praktik həll yolları formalaşdırmaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
O bildirib ki, dünyanın hər yerində insanların üzləşdiyi böhranlara cavab verməyi qarşılarına məqsəd qoyublar:
"Gecəqondularda yaşayanlar, ev almağa və ya kirayələməyə maddi imkanı olmayan şəxslər, həmçinin küçələrdə yaşayan insanlar bu böhranın əsas təsirinə məruz qalırlar. WUF13-dən böhranı aradan qaldırmaq üçün böyük əməkdaşlıq platformasının yaranmasını gözləyirik. Çünki bizə hər kəs lazımdır və özəl sektor, vətəndaş cəmiyyəti bizə yardım etməlidir".