Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.
Oxu.Az-ın məlumatına görə, əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində icra olunub.
Qeyd edək ki, prezident İlham Əliyev ötən gün əfv sərəncamı imzalayıb.
Əfv sərəncamı 148 nəfərə şamil olunub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.
09:29
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısının martın 17-də imzaladığı sərəncam ümumilikdə 148 məhkuma şamil olunub.
Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.
Tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizov da əfv olunub.
Əfv olunanlar arasında əcnəbilər də var.
E.Ə.
www.oxu.az