Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ekspert: "Standart qiymət paketi vətəndaşa və dövlət büdcəsinə yaxşı təsir göstərəcək"
Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxımdan rayon üç zonaya bölünüb.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Abşeron ərazisində qiymətləndirmə kateqoriya olaraq üç əraziyə bölünüb:
"Dövlət torpaqları üzərində inşa edilmiş hər hansısa bir iaşə obyekti, müəssisə, zavod, fabrik və yaxud digər bir tikililərin özəlləşdirilməsi üçün həmin torpaqlar dövlətdən satın alına bilir. Bu torpaqların satın alınması əraziyə, yerləşməsinə və hətta hər küçəyə görə dəyişə bilərdi.
Artıq Abşeron ərazisində qiymətləndirmə kateqoriya olaraq üç əraziyə bölünüb. Bundan sonra hər hansı üç kateqoriyanın birində olan dövlət torpağı üzərində tikilmiş müəssisə, zavod və ya istənilən qeyri-yaşayış obyektinin özəlləşdirilməsi ilə bağlı o torpaqların qiymətləndirilməsi bazar dəyərinə uyğun yox, sadəcə qeydə alınmış və bölünmüş üç ərazi əmsalı üzrə aparılacaq. Yəni bir əmsal üzərində olan torpaq sahələrinin qiyməti 1000, 1500 və 3000 manat aralığında olacaq".
Ekspert bu qərarın yaxşı bir hal olduğunu vurğulayıb:
"Həmin ərazinin yaxşı və ya pis yerdə yerləşməsindən asılı olmayaraq o torpağın özəlləşdirilməsi üçün artıq dövlətin Abşeron rayonu üçün tətbiq etdiyi qiymət nəzərə alınacaq. Həmçinin torpaqlardan əlavə, dövlət müəssisələrindən uzun müddət istifadə edən vətəndaş o müəssisənin alınması, özəlləşdirilməsi üçün müraciət edən zaman artıq ərazi bazar qiymətinə görə deyil, üç kateqoriya üzrə bölünərək o formada qiymətləndiriləcək.
Təbii ki, bu çox yaxşı bir haldır. Dövlət torpağı üzərində hər hansı bir tikili inşa edən vətəndaş həmin torpağı özəlləşdirmək istəyərkən artıq dövlətə ödəyəcəyi məbləğin nə qədər olduğunu biləcək. Təbii ki, bu birmənalı olaraq standart qiymət paketi olduğuna görə, həm vətəndaşa, həm də dövlət büdcəsinə yaxşı təsir göstərəcək".
Qeyd edək ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə bölünməsi ilə bağlı müddəa əsasnamədə çıxarılıb.
Nəzrin Vahid
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
- Nazirlər Kabineti hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi haqqında qərar verib
- Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
Rəylər