Xocalı soyqırımı Türkiyədə təşkil edilən sərgi və teleproqramlar vasitəsilə anılmaqdadır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Gözü yaşlı Xocalım” sərgi və proqramlar çərçivəsində Xocalı faciəsinin 23-cü ildönümü martın 1-də TV 8 telekanalının “Şəffaf oda” verilişində də yad ediləcək.
Verilişdə müxtəlif illərdə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Dilarə Kazımova və Elnur Hüseynov, eləcə də millət vəkili Qənirə Paşayeva və məşhur italyan sənətçisi Alessandro Safina iştirak edəcək.
Qeyd edək ki, sərgi və proqramların keçirilməsində məqsəd Xocalı həqiqətlərini dünyaya çatdırmaq və faciənin soyqırım olaraq tanınmasını təmin etməkdir.
E.Ə.
www.oxu.az