Erməni separatçıları Azərbaycanın və Türkiyənin bayrağını təhqir edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu kadrlar bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, videoda erməni hərbçilərinin hərbi bacarıqlarını nümayiş etdirdikləri görünür.
Daha sonra isə onlar Azərbaycan və Türkiyə bayrağı əks olunmuş daşı sındırıblar.
Türkiyə mediasının məlumatına görə, təlimlər Azərbaycanın işğal olunmuş ərazilərində, qondarma “Dağlıq Qarabağ Respublikasının” paytaxtı olan Xankəndində baş tutub.
www.oxu.az