"Qarabağ və Şərqi Zəngəzurda DOST şəbəkəsi genişləndirilir".
Oxu.Az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, artıq işğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin fəaliyyəti üçün işlər görülür:
"Son illərdə Şuşada, Tərtərdə filiallar, Kəlbəcərdə, Füzulidə xidmət məntəqələri, Zəngilanın Ağalı kəndində smart-DOST tipli xidmət köşkü istifadəyə verilib. Digər regionlar üzrə də işlər davam etdirilir".
Aygün Mirakif