Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda 4 nəfərin ölümü ilə nəticələnən yol qızası ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.