“Formula-1” Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva-nın Oxu.Az-a verdiyi məlumata görə, aprelin 26-da gecə bəzi yerlərdə yağış yağacaq.
Səhər isə yağış tədricən kəsiləcək:
“Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi güman edilir. Aprelin 26-da havanın temperaturunun səhər 10-12, gündüz 16-18, axşam isə 13 dərəcə isti olacağı gözlənilir”.
“Aprelin 27-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 10-12, gündüz 16-18, axşam 14 dərəcəyədək isti olacağı gözlənilir.
Aprelin 28-də isə yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz, 18-20, axşam isə 15 dərəcə isti olacaq”, - deyə direktor əlavə edib.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək.
“Formula-1” günlərində hava necə olacaq?
İlhamə Əbülfət