Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gədəbəydə qonşularını döyən şəxslərlə bağlı araşdırma aparılır
Gədəbəy rayon Slavyanka kənd sakinləri S.Abbasova, İ.Ələkbərova və E.Abbasovun qonşuları tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
"İlkin araşdırmalar zamanı məlum ki, həmin şəxslərə qonşuları 1991-ci il təvəllüdlü Fərhad Alıyev, 1995-ci il təvəllüdlü Murad Alıyev şəxsi münasibətlər zəminində əlbəyaxa dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub, hazırda Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək", - o deyib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə
- Ələsgər Məmmədli ilə bağlı qərar verilib
- Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Şəkidə keçmiş məhkum 26 kiloqram narkotiklə ƏLƏ KEÇDİ