Göyçayda yanğınsöndürənlər mənzildə köməksiz qalan iki azyaşlı uşağı xilas ediblər.
Oxu.Az xəbər verir ki, FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Müşfiq Məmmədov APA-ya verdiyi məlumata görə, xilasetmə əməliyyatı bu gün saat 21:30 radələrində şəhərin Bakı küçəsi, bina 1, mənzil 16-da həyata keçirilib.
Beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü Nəsirov Namiq Nərimanov FHN-nin “112” qaynar xəttinə zəng edərək 2 azyaşlı uşağının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığını bildirib.
Dərhal hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər xüsusi alətlərlə qapını açaraq mənzilin eyvanından içəri daxil olublar. Bölmə komandiri Ramin Məmmədov bildirib ki, əməliyyat nəticəsində 3 yaşlı Nəriman Nəsirov və 1 yaşlı Nurhan Nəsirov xilas edilərək valideynlərinə təhvil verilib.