Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Güclü yağış səbəbindən bəzi çoxmərtəbəli yaşayış komplekslərində MƏNZİLLƏRİ SU BASDI
Gecə saatlarından etibarən yağan güclü yağış səbəbindən bəzi çoxmərtəbəli yaşayış komplekslərində mənzilləri su basıb.
Oxu.Az xəbər verir ki, Abşeron rayonu, Masazır kəndindəki "Yeni Bakı" yaşayış kompleksinin sakinləri də yağışın fəsadları ilə üz-üzə qalıblar.
"Binamızın fasadında problem var. Bu hal birinci dəfə deyil yaşanır. Binamız doqquz mərtəbədən ibarətdir. Təsəvvür edin ki, üç, dörd və beşinci mərtəbələr bu vəziyyətdədir. MTK-ya şikayət edirik, deyirlər ki, təbii fəlakətdir. Gecədən evimizi su basıb, hələ gəlib baxan yoxdur. Çilçıraqdan su axır. Bu, təhlükəli haldır, evdə uşaqlarımız var", - deyə Oxu.Az-a daxil olan şikayətdə bildirilib.
Bundan əlavə, Sumqayıtda "Bağça Şəhər" və Bakıda "Bakıxanov Residens" komplekslərində mənzil alan sakinlər də otaqlarını yağış sularına təslim etmək məcburiyyətində qalıblar.
Əzizə İsmayılova
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
- Lökbatanda acınacaqlı vəziyyət: Görüntülər fəlakət filmlərindən kadrları xatırladır
- Eldar Əzizov: "Qırılan ağacların yerinə yeniləri əkiləcək"
- BŞİH rəhbəri: "Yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi"
- BŞİH rəhbəri: "Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun"