Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat verib.
Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb.
Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Lənkəran" teqi üzrə xəbərlər
- Balığın qiyməti ARTDI
- Lənkəranda kişi arvadını bıçaqladı
- Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub
- 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"
- Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ