"Cinsi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə gender bərabərliyinin təmin olunması sahəsində həllini gözləyən məsələlər var".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, gender bərabərliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin daha da təkmilləşdirilməsi zərurəti yaranıb:
"Bu baxımdan, yaz sessiyasında yeni qanun layihələri gözləyirik. Ümumilikdə, bu sessiyada ailə institutunun möhkəmləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində dinləmələr və görüşlər keçirməyi nəzərdə tuturuq".
Mərahim Nəsib