Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az əbər verir ki, qəza N.Nərimanov heykəlinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi səkiyə və işıq dirəyinə çırpılıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzadan sonra yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli