Paytaxtın Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına əsasən, qəza Bülbül prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
Prospektlə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi eyni istiqamətdə gedən “Toyota” markalı avtomobilə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Nəsimi Rayon DYP əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli
Orxan Hüseynzadə