İsmayıllı rayonunun Girk kəndində nə qaz var, nə də su.
Baku TV-nin məlumatına görə, sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində suya və qaza görə çətinlik çəkirlər.
"Hava isti olduğuna görə dağlardan gələn su quruyub. Artezan quyularımız olsaydı, yaxşı olardı", - kənd sakini bildirib.
Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məktub ünvanlanıb.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə isə, qazlaşma proqramı birliyin daxilində maliyyə imkanlarına uyğun mərhələli şəkildə həyata keçirilir və bu kəndin qazlaşdırılması məsələsinə növbəti mərhələdə baxıla bilər.