Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə qəbul imtahanı keçirib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, TQDK-nın verdiyi məlumata görə, hazırda komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.
Proses yekunlaşdıqda nəticələrin elan olunması ilə bağlı ilk məlumat komissiyanın Facebook səhifəsi vasitəsilə veriləcək.