Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu
İnterpol xətti ilə tutularaq Azərbaycana təhvil verilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, H.Kaltayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.Kaltayevin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb. O, Cinayət Məcəlləsinin 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham olunub.
Kaltayev 2015-ci ildə idarə etdiyi VAZ-2104 markalı avtomobillə ağır qəza törədib, həmin qəzada iki nəfər həyatını itirib. Bu hadisəyə görə ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Həbsdən azad edildikdən sonra H.Kaltayev ölkədən çıxaraq Suriyadakı silahlı birləşmələrə qoşulub. H.Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.
"İnterpol" teqi üzrə xəbərlər
- Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi
- Azərbaycanda 80 minlik oğurluq edəni İNTERPOL TUTDU
- Bu xəbərləri qaçırmayın: 31.08.2024-ün ən mühüm hadisələri
- Türkiyədə 18 ölkə və Azərbaycanın İnterpolla axtarışa verdiyi 25 şübhəli saxlanıldı
- Türkiyədə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan üç cinayətkar ələ keçirildi
Rəylər