İran rəhbərliyinin İslam Respublikasının getdikcə artan qüdrəti haqqında təmtəraqlı nitqlərinə və ölkənin iqtisadi inkişafı haqqında bəlağətli çıxışlarına rəğmən, İran əhalisi nəinki ilbəil, hətta aybaay yoxsulluq girdabına yuvarlanmaqdadır.
“Azad İran” kanalı xəbər verir ki, kütləvi işsizlik fonunda durmadan artan qiymətlər yeni-yeni insan kütlələrinin yoxsullar sırasına qoşulmasına səbəb olur.
İran hakimiyyətinə yaxın, tanınmış iqtisadçı Fərşad Momini hələ ötən il bildirmiş ki, 2017-2020-ci ildə ölkədə yoxsulların sayı iki dəfə artıb.
Daha ətraflı süjetdə: