Azərbaycana narkotik keçirməyə cəhd edən iki nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mart ayının 4-də saat 04:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Bədəlov Nur Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı saxlanılıb.
Belə ki, əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə (860 qram tiryək, 15 kiloqram 10 qram marixuana, 60 qram heroin, 55 qram metamfetamin və 1650 ədəd preqabalin həbi) bənzər maddələraşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
