İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən hadisədə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) 20 iyul saat 08:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ baldır sümüklərinin diafizinin yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib.
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədovun idarə etdiyi "Lexus" markalı, 77-FG-393 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.