Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio Vaşinqton administrasiyasının İranla münaqişənin diplomatik yolla həllinə çalışacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət katibi jurnalistlərə açıqlamasında bildirib.
"ABŞ həmişə diplomatik həllə hazırdır. Biz buna bir neçə dəfə çalışmışıq və cəhd etməyə davam edəcəyik", - deyə o, açıqlamasında bildirib:
"Düşünürəm, biz bütün hallarda diplomatik əməkdaşlığa hazırıq. Amma bu, real olmalıdır. Onların riayət etməyə hazır olacaqları bir razılaşma əldə edilməlidir", - deyə o əlavə edib.
Qaynar xətt:
(055) 224 12 12