"Hazırkı geosiyasi vəziyyət turizmin inkişafı üçün əlverişli deyil. Lakin beynəlxalq təşkilatlar və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün daha çox iş görə bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri AQEM-in Baş katibi Kayrat Sarıbay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, turizm təkcə iqtisadi fəaliyyət deyil, həm də etimad quruculuğu vasitəsidir:
K.Sarıbay vurğulayıb ki, turizmin inkişafı davamlılıq prinsiplərinə əsaslanmalı, ətraf mühitə qarşı məsuliyyətli yanaşma qorunmalı və mədəni müxtəlifliyə açıq münasibət sərgilənməlidir.