Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Samuxda iki balıqçı itkin düşdü
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər balıq tutarkən itkin düşüb.
Oxu.Az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinə Şəmkir rayon sakini 26 yaşlı M.İsmayılov və Samux rayon sakini, 22 yaşlı İ.Şubliyevin Kür çayının Samux rayon ərazisindən keçən hissəsində balıq tutarkən itkin düşmələri barədə məlumat daxil olub.
Hazırda polis əməkdaşları və FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.
"Kür çayı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar